“Real”ın sabiq yarımmüdafiəçisi Rafael van der Vaart “Atletiko”da oynayan Joao Felişin çıxışına münasibət bildirib.
O, portuqaliyalı futbolçunun Madrid klubunda bərbad oyununu baş məşqçi Dieqo Simeonenin taktikası ilə əlaqələndirib: “Feliş əla futbolçudur, amma özünə uyğun klubda, özünə uyğun məşqçinin rəhbərliyi altında oynamır. “Atletiko” onu transfer edəndə fikirləşdim ki, bununla da klub fəlsəfəsini dəyişəcək və tam fərqli futbol oynayacaq. Amma bu baş vermədi. Felişin əsas silahı topla oynamağıdır, amma Simeonenin komandası topa nəzarət əldə saxlamağı sevmir”.
Xatırladaq ki, Feliş “Benfika”dan “Atletiko”ya ötən ilin yayında 126 milyon avroya transfer olunub. Bu mövsüm la-liqada 17 oyun keçirən 20 yaşlı futbolçu 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.